AZ

Plastik cərrahiyədə problemi kökündən həll etmək mümkündür? - VİDEO

Plastik cərrahiyə sahəsində problemi kökündən həll etmək üçün nə etmək lazımdır?

Qeyri-rəsmi məlumata görə, ölkədə plastik cərrah kimi fəaliyyət göstərən təqribən 200-250 şəxsin olduğu deyilir. 31 yanvar tarixinədək yalnız 82 nəfər sənədlərini Səhiyyə Nazirliyinə təqdim edibsə, deməli yerdə qalan 100-dən artıq şəxsin şəhadətnamə və ya sertifikasiyası ləğv olunub. Bu da o deməkdir ki, onların heç birinin artıq cərrahi əməliyyat icra etmək hüququ yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, hazırki vəziyyətə səbəb bu sahədə uzun illər boşluqların və nəzarətsizliyin olmasıdır.

Millət vəkili problemin həlli yolunu ölkədəki bütün xəstəxanaların yoxlanmasında görür.

Deputat mövcud olan daha ciddi bir məsələyə də diqqət çəkib. O, həkimlərin sertifikasiya imtahanın ləğv olunmasını və yeni bir imtahan sisteminin yaradılmasının zəruriliyini vurğulayıb. 

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Seçilən
34
milli.az

1Mənbələr