AZ

ABŞ Qəzzadakı girovlarla bağlı İsraillə əməkdaşlığa davam edəcək

ABŞ bundan sonra da Qəzzadakı bütün girovların azad olunması üçün İsraillə əməkdaşlığa davam edəcək.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamentinin rəhbəri Marko Rubionun bu barədə açıqlaması qurumun saytına yerləşdirilib.

Rubio deyib: "ABŞ bütün qalan girovların da ailələrinə qovuşması və bölgədə sülhün bərqərar olması üçün İsraillə əməkdaşlığa davam edəcək".


Müəllif: Teleqraf.com
Seçilən
17
teleqraf.com

1Mənbələr