AZ

Ötən il Almaniyadan 20 mindən çox qanunsuz miqrant deportasiya edilib

Bakı. Trend:

Ötən il Almaniyadan 20 min 84 nəfər deportasiya edilib. Bu,2023-cü ildəkindən 22,2 faiz çoxdur. Həmin il 16 min 430 nəfərdeportasiya olunub.

Trend xəbər verir ki,deportasiya edilənlər arasında ilk sıralarda Türkiyə, Gürcüstan vəƏfqanıstan vətəndaşları olublar. Ötən il 1720 türk, 1678 gürcü və1361 əfqan ölkələrinə geri göndərilib. Gürcüstan 2023-cü ilinsonunda Almaniya tərəfindən təhlükəsiz mənşə ölkəsi kimidəyərləndirilib.

Təhlükəsiz mənşə ölkələri insanların təhlükəyə və qeyri-insanidavranışa məruz qalma riskinin olmadığı ölkələr hesab edilir. Bu,miqrasiya ilə bağlı müraciətlərə baxılmasında əsas amilsayılır.

Ötən il Almaniyadan sığınacaq almaq üçün müraciət edənlərinsayında xeyli azalma qeydə alınıb. Federal Miqrasiya və Qaçqınlarİdarəsinin (BAMF) yanvarın 9-da açıqladığı məlumata əsasən, 2024-cüildə əksəriyyəti Suriya, Əfqanıstan və Türkiyədən olmaqlaümumilikdə 229 min 751 nəfər ölkədən sığınacaq almaq üçün müraciətedib. Bu, 2023-cü ildəkindən 100 min nəfər azdır.

Seçilən
31
2
az.trend.az

3Mənbələr