AZ

Çin ABŞ-ın yeni tariflərindən QƏZƏBLƏNDİ

Çin tərəfi kəskin narazılığını bildirir və ABŞ-ın idxal olunan Çin mallarına tətbiq etdiyi yeni tariflərə qəti şəkildə qarşı çıxır.

Publika.az "Sohu"ya istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.

"Çin bununla bağlı kəskin narazılığını bildirir və qəti şəkildə buna qarşıdır", - rüsumların tətbiqi ilə bağlı bəyanatda deyilir.

Həmçinin qeyd edilib ki, “Çin tərəfi ABŞ-ı yanlış hərəkətlərini düzəltməyə və Çinə doğru hərəkət etməyə çağırır. Çin Ticarət Nazirliyi də problemlərin həllinə bərabərlik, qarşılıqlı fayda və qarşılıqlı hörmət prinsipləri əsasında yanaşmağa çağırıb”.

Seçilən
20
publika.az

1Mənbələr