Çox insan kiçik də olsa biznes qurmaq, pul və uğur qazanmaq istəyir. Lakin bəzən işlər gözlənilən kimi getmir.
Əgər işlər pis getsə, qorxduğunuz başınıza gəlsə və iflas etsəniz, nə etməlisiniz?
Karyeraları dövründə dəfələrlə uğursuzluğa uğramış mütəxəssis sahibkarlar iflas etdikdə nə etməli olduğunuzu açıqlayır.
Valyuta.az həmin yazını təqdim edir:
Uğursuzluq hekayələrini oxuyun və çox sayda dost qazanın
İşi ilk növbədə uğursuzluq hekayələrini oxumaqla başlayın, çünki başqalarının təcrübələrindən faydalanmazsanız, yaşadığınız uğursuzluğun yalnız sizin başınıza gəldiyini düşünə bilərsiniz. İnsanların batdıqlarında nələr yaşadıqlarını və sonra özlərini necə ayağa qaldırdıqlarını öyrənin. Həyatınızda enişlər və çıxışlar olacaq. Sıfırdan başladığınızda özünüzü dünyadan təcrid etməyin. İnsanlar sosial varlıqlardır. İşlər nə qədər pis getsə də, axırda ölüm yoxdur - deyə düşünün. Özünüzə çoxlu dostlar qazanın. Çətin durumda olduğunuzda yardım istəyəcəyiniz 30 nəfərin olması heç də pis olmaz. Elm adamlarının dediyinə görə, bu sayədə depressiya, qorxu və narahatlığın qarşısını da almış olarsınız.
Üç gün yas tutun, sonra yenidən işə başlayın
İş həyatında çoxlu dəfə uğursuzluğa uğramış ola bilərsiniz. Bu səbəbdən yenidən başlamaq sizin üçün qəribə olmamalıdır. Bir işinizin iflas etməsi və ya böyük bir uğursuzluq yaşamanız vəziyyətində 3 gün boyunca yas tutun. Bundan sonra isə xilas olmaq üçün strategiyalar üzərində işləyib, sərmayə axtarışına çıxın.
Fəlakətləri fürsətə çevirin
İllərini verdiyiniz, böyük dərəcədə töhfə verdiyiniz bir şirkətdən bir anda kənarlaşdırıla bilərsiniz. Belə böyük bir itkidən sonra öz işinizi quraraq öz taleyinizi yazmaq üçün vaxt ola bilər. Bacarıqlarınıza olan inamınızı heç vaxt itirməyin. İşləri yoluna qoymaq üçün bacarıqlarınıza diqqət yetirin. Həmişə müsbət ruh halında qalın və daha böyük düşünməyə başlayın.
Qaza basın, yön dəyişdirin və yenidən sürət qazanın
Yenidən başlamağa məcbur olduğunuzda bir an dayanıb sakitliyinizi qoruyun. Meditasiya edərmiş kimi sakit bir mühitdə yeni işiniz üçün planlar qurun. İlk olaraq məqsədlərinizi müəyyən edin, sonra strategiyanızı qurub komandanızı seçin. Komanda üzvlərini seçərkən özünüzə “niyə?” sualını verin. Bu adamı niyə işə alım? Sonra ardıcıl olaraq marketinq, əməliyyat və maliyyə sahələrinə keçin. Unutmayın ki, bu bir marafondur, 100 metr qaçışı deyil.
Sərmayə mənbələrinizi müəyyənləşdirin
Əgər hər şeyinizi itirirsinizsə, önünüzdə üç seçim var, ya özünüzü itirirsiniz, ya da özünüzə güzgüdən baxıb bu bir neçə suala cavab verirsiniz:
- Yenidən başlamaq üçün hansı resurslardan istifadə edə bilərəm? Bu bir şəxs, intellektual, fiziki və ya maliyyə resursu ola bilər.
Unutmayın ki, həyat insanlara davamlı olaraq resurslar təqdim edir. Əsas olan, nəticə yönümlü işləyib, danışmalarınızı, düşüncə və hərəkətlərinizi istədiyiniz nəticəyə çatmaq üçün tənzimləməkdir.
Yenilikləri izləyin
Bir sahibkar olaraq hər yeni ildə yenilənməyi bilməlisiniz. Sistemlər, işçilər, metodlar və sərmayələr yenilənməlidir. İstədiyiniz şəkildə başlayın, güclü olduğunuz tərəfləri ön plana çıxarın və bunu edərkən bazarın ehtiyaclarını da nəzərə alın. Məsələn, cəlbedici bir video hazırlayın və vizyonunuzu paylaşın. Yatırım etməzdən əvvəl bazarı bir az yoxlaya bilərsiniz.
Ümumi xərcləri azaldın və səyahətə çıxıb yenilənin
Araşdırmalar göstərir ki, səyahətə çıxmaq stresi azaldır, emosional cəhətdən yenilənməyə kömək edir və yaradıcılığı artırır. Çantanızı yığın və əvvəl heç getmədiyiniz fərqli bir ölkəyə səyahətə çıxın. Diqqət dağıdan amillərdən uzaqlaşmaq və yeni yerlər görmək enerji toplamağınıza kömək edəcək. Bu şəkildə rahat bir şəkildə çıxış planları hazırlaya bilərsiniz. Həmçinin fərqli bir mühitdə yeni fikirlər almanıza kömək edəcək insanlarla qarşılaşa bilərsiniz.
İşinizi qurma məqsədinizi xatırlayın
Böhranı necə aşacağınızı müəyyən etmək üçün özünüzə bir az zaman verin. İnsan hər şeyini itirəndə çox çətin və dağıdıcı bir vəziyyətə düşər, amma bir məğlub kimi davranmaq və düşünmək hər şeyi daha da çətinləşdirir. Özünüzə acımayın! Sonra qurduğunuz işi seçməyinizə səbəb olan faktorlara geri dönün. Məqsədiniz nə idi? Bunu tapdıqdan sonra işinizi yenidən qurmaq üçün motivasiya əldə edəcəksiniz. Pis günlər gəlir və keçər. Əsas olan yaşadıqlarınıza qarşı necə bir münasibət bəsləyəcəyinizdir. Yıxılmağa davam etmək və ya qalxmaq - bu qərar tamamilə sizə aiddir.
Davud