AZ

Çin ABŞ-dan ÜTT-yə şikayət edəcək

Bakı, 2 fevral, AZƏRTAC

Rəsmi Pekin ABŞ-ın əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirlik hesab edir ki, rəsmi Vaşinqton əlavə rüsumlar tətbiq etməklə ÜTT-nin qaydalarını ciddi şəkildə pozub. Pekin də cavab olaraq ABŞ-dan idxal olunan mallara əlavə rüsum tətbiq ediləcək.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal edilən mallara əlavə rüsum tətbiqi barədə qərarı təsdiqləyib.

Seçilən
31
1
azertag.az

1Mənbələr