Axtarış-xilasetmə qrupları sərnişin təyyarəsi ilə vertolyotun toqquşduğu yerdə, Potomak çayındaqəzaya uğramış təyyarənin qalıqlarını araşdırarkən bir meyit tapıblar.
Teleqraf.com xəbər verir ki, bu şəxsintəyyarənin və ya vertolyotun sərnişini olmadığı bildirilir.
Axtarış-xilasetmə qrupları meyiti çayda qəzaya uğramış təyyarənin qalıqlarını araşdırarkən tapıblar.
"Newsweek"-in məlumatına gör, meyit Vudro Vilson körpüsü yaxınlığında aşkar edilib. İlkin ehtimallara görə, həmin şəxsin ölümü aviaqəza ilə bağlı deyil.
Rəsmilər ölümün hadisə ilə əlaqəli olmadığını bildiriblər.
Müəllif: Teleqraf.com