AZ

Azərbaycanlılara görə saxlanılan erməni Qərib haqda qərar verildi - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sanksiyası əsasında saxlanılan Qərib Babayan barədə həbs qətimkan tədbiri seçilməyib.

Erməni mediasına istinadən bildirilir ki, məhkəmə onun azadlığa buraxılmasına qərar verib.

Gecəyarısınadək davam edən məhkəmənin qərarını tərəfdarları alqışlarla və şüarlarla qarşılayıb. Bununla belə, vəkil David Hovhannisyan deyib ki, o, inzibati nəzarət altında qalacaq və ictimai çıxışı məhdudlaşdırılacaq.

Xatırladaq ki, Q.Babayan İrəvanda “Qarabağ” mahnısını oxuyan Cənubi azərbaycanlılarla bağlı videokadrları internetdə yaydığına görə saxlanmışdı.

Mənbə: musavat.com

Seçilən
52
musavat.com

1Mənbələr