AZ

Sudanda bazarın bombalanması nəticəsində ölənlərin sayı artıb

Bakı, 2 fevral, AZƏRTAC

Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarın bombalanması nəticəsində həyatını itirənlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, azı 61 nəfər həlak olub. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal yerli həkimlərin məlumatlarına istinad edərək, 65-dən çox insanın xəsarət aldığını bildirib. Səhiyyə Nazirliyi isə 54 nəfərin öldüyü, 158 nəfərin yaralandığı barədə məlumat verib.

Zərbənin Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyi iddia edilir.

Seçilən
22
3
azertag.az

2Mənbələr