Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatmaq üzrədir.
İdman.biz xəbər verir ki, 12-ci turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib.
Bu, idmançımızın yarışda 6-cı qələbəsidir. 8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
İdman.biz