AZ

Qərbi Azərbaycan İcması Belçikanın yeni qurulmuş hökumətini sərt şəkildə qınayıb

Bakı. Trend:

Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasiböhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. SazişdəAzərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv vəayrı-seçkilik xarakterli müddəalar yer alır.

Trend xəbər verirki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda məlumatverilib.

Koalisiya sazişində “dağlıq qarabağ ” kimi ifadələrdən istifadəetməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü vəsuverenliyinə xələl gətirilməyə çalışılır. Bundan əlavə, sazişdəAzərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şəraityaradılması məsələsi qaldırılır. Lakin, Ermənistandan zorlaçıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsunbəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbiazərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.

Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bukimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalqhüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhraniçərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgünolardı.

Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşıetnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olanaddımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququnahörmət etməyə çağırırıq.

Seçilən
21
42
az.trend.az

10Mənbələr