AZ

Tramp İŞİD-in Somalidəki liderlərindən birinə zərbə endirilməsi əmrini verib

Tramp

ABŞ prezidenti Donald Tramp Somali̇də İŞİD-in yüksək rütbəli liderlərindən birinə qarşı dəqiq aviazərbə endirilməsi üçün əmr verib. “Ulusum”.az xəbər verir ki, bu barədə o, Truth Social hesabında yazıb."Səhər tezdən İŞİD-in hücumlarını planlaşdıran əsas təşkilatçılardan birinə və onun ətrafındakı terrorçulara qarşı yüksək dəqiqlikli aviazərbələrin endirilməsi göstərişini verdim", – deyə Tramp bildirib.Eyni zamanda, terrorizmlə mübarizə eksperti Riçard Barret yanvarın 29-da xəbərdarlıq edib ki, Trampın hakimiyyətə qayıtması fonunda ABŞ-ın Suriyaya yardımını azaltması həbsxanalardakı İŞİD yaraqlılarının kütləvi qaçışına səbəb ola bilər. Son bir il yarım ərzində artıq iki minə yaxın İŞİD döyüşçüsü həbsxanalardan qaçıb. Barret, İraqda "Divarların Dağıdılması" əməliyyatına bənzər hadisələrin Suriyada da baş verə biləcəyindən narahatlığını ifadə edib.Səidə

Diqqət Çəkənlər

ABŞ-da yeni genipavirus aşkarlanıb

Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək

Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür

Seçilən
17
ulusum.az

1Mənbələr