Ötən gün Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarın bombalanması nəticəsində azı 61 nəfər həlak olub.
Bu barədə “Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir.
Zərbənin Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunur.
Qeyd edək ki, Sudanda 2023-cü ilin sonlarından başlayaraq ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttəh al-Burhan ilə Çevik Dəstək Qüvvələrin komandanı Məhəmməd Xamdan Daqlo arasında fikir ayrılığı yaranıb. Bu da toqquşmalara səbəb olub.