Bakı. Trend:
Rəsmi Pekin, ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədarÜmumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.
Trend xəbər verirki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Vaşinqtonun əlavə rüsumlar tətbiqetməsi ÜTT-nin qaydalarının ciddi şəkildə pozulması kimiqiymətləndirilir. Cavab olaraq, Çin də ABŞ-dən idxal olunan mallaraəlavə rüsum tətbiq edəcək.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanadavə Meksikadan idxal olunan bəzi məhsullara əlavə rüsum tətbiq etməkbarədə qərar qəbul edib.