İspaniya La Liqasının 22-ci turu çərçivəsində səfərdə "Espanyol"a uduzan (0:1) "Real Madrid"in uğurlu seriyası başa çatıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, çempionatdakı son 31 səfər matçında qol vuran "Kral klubu" uzun müddətdən sonra qonaq qismində rəqib qapısına yol tapa bilməyib.
Xatırladaq ki, bu, "Real"ın cari mövsüm La Liqada 3-cü məğlubiyyəti olub. Paytaxt təmsilçisi ötən "futbol ili"ndə ölkə birinciliyində cəmi 1 yenilgi almışdı.
Nihat