AZ

Çin Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək

Çin ABŞ-dən idxal olunan mallara əlavə rüsum tətbiq edəcək.

Rəsmi Pekin, ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Vaşinqtonun əlavə rüsumlar tətbiq etməsi ÜTT-nin qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilir. Cavab olaraq, Çin də ABŞ-dən idxal olunan mallara əlavə rüsum tətbiq edəcək.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal olunan bəzi məhsullara əlavə rüsum tətbiq etmək barədə qərar qəbul edib.

Seçilən
15
2
operativmedia.az

3Mənbələr