Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
İdman.biz xəbər verir ki, yarışda 10 azərbaycanlı cüdoçu iştirak edir.
Bu gün dörd idmançımız tatamiyə çıxacaq.
İlk yarış günündə Ruslan Paşayev (66 kq) çempion olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
81 kq
Ömər Rəcəbli Sibghatullah Arab (IJF) - Xorxe Peres (Çili) cütünün qalibini gözləyir.
100 kq
Əjdər Bağırov Mark Fransua Nqayapla (Fransa) mübarizə aparacaq.
+100 kq
Uşanqi Kokauri Toma Nikiforovla (Belçika) görüşəcək.
Kənan Nəsibovun rəqibi isə Marti Puumalaynen (Finlandiya) olacaq.
İdman.biz