AZ

Venesuela ABŞ-dan deportasiya olunan miqrantları qəbul etməyə razılaşıb

Venesuela

"Venesuela hakimiyyəti ABŞ-dan deportasiya olunan venesuelalı qeyri-qanuni miqrantları öz ərazisinə qəbul etməyə razılaşıb".“Ulusum”.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib."Venesuela, öz vətəndaşlarını ABŞ ərazisindən geri qəbul etməyə razılaşıb", - deyə o, Truth Social sosial şəbəkəsində yazıb.Trampın sözlərinə görə, Karakas, həmçinin qeyri-qanuni miqrantları ABŞ-dan öz vətənlərinə göndərmək üçün nəqliyyat təmin etməyi də qəbul edib.Cümə günü ABŞ prezidentinin xüsusi nümayəndəsi Ricard Grenel Karakasa səfər edib və Venesuela prezidenti Nikolad Maduro ilə danışıqlar aparıb. Səfər nəticəsində Grenel bildirib ki, o, Venesuela hökumətinin həbsxanadan buraxmağa razılaşdığı altı amerikalı ilə birlikdə vətəninə geri dönür.Səidə

Diqqət Çəkənlər

ABŞ-da yeni genipavirus aşkarlanıb

Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək

Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür

Seçilən
6
ulusum.az

1Mənbələr