AZ

Meksika ABŞ-nin rüsumlarına cavab olaraq tədbirlər görəcək

Bakı. Trend:

Meksika ABŞ-nin tətbiq etdiyi rüsumlara tarif və qeyri-tariftədbirləri ilə cavab verəcək, lakin eyni zamanda dialoqa açıqqalacağını bəyan edib.

Trend xəbər verirki, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum məlumat verib.

Prezident, İqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaqüçün tarif və qeyri-tarif tədbirlərini özündə əks etdirən B Planınıhəyata keçirməyi tapşırıb.

Şeynbaum, Ağ Evin Meksikanın daxili işlərinə müdaxiləsini vəcinayət təşkilatları ilə əlaqədə ittiham olunan Meksika hökumətinəqarşı böhtanı qəti şəkildə rədd etdiklərini bildirib.

Eyni zamanda, Meksika qarşıdurma istəmədiyini, qarşılıqlıəməkdaşlıqdan başlamağı arzuladığını vurğulayıb. O, qeyd edib ki,Meksika, fentanilin yalnız ABŞ-yə deyil, heç bir yerə getməməsiniistəyir və əlavə edib ki, Birləşmiş Ştatlar narkotik ticarəti iləməşğul olan və zorakılıq yaradan cinayətkar qruplarla mübarizəaparmaq istəyirsə, birlikdə işləmək lazımdır.

Şeynbaum həmçinin, Prezident Trampa ən yaxşı ictimai sağlamlıqvə təhlükəsizlik ekspertlərindən ibarət işçi qrupu yaratmağı təklifedib. Dövlət başçısının sözlərinə görə, problemlər tariflərintətbiqi ilə deyil, danışıqlar və dialoq yolu ilə həll olunur.

Seçilən
47
50
az.trend.az

10Mənbələr