Dieqo Simeone “Atletiko”nun baş məşqçi postunda 500-cü oyununu keçirib. Msport.az xəbər verir ki, bu, İspaniya La Liqasının 22-ci turunda “Malyorka” ilə matça (2:0) təsadüf edib.
Madrid klubu 500 qarşılaşmanın 305-də qələbə qazanıb, 112 oyunda heç-heçə edib və 82 görüşdə məğlub olub.
54 yaşlı mütəxəssis İspaniya çempionatları tarixində 500-cü oyununa çıxan 8-ci məşqçi olub. Lakin həmkarlarından fərqli olaraq, Simeone bunu bir klubda edib.
Qeyd edək ki, “Atletiko” hazırda lider “Real”dan 1 xal geri qalaraq La Liqada 2-ci yeri tutur.