Bakı, 2 fevral, AZƏRTAC
Avstraliyanın şimal-şərqində genişmiqyaslı daşqınlar zamanı bir nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Kvinslend ştatının səlahiyyətliləri bazar günü Taunsvildən təxminən 100 kilometr şimalda yerləşən İnghamda yerli sakinlərə yardım edərkən Dövlət Fövqəladə Hallar Xidmətinin qayığının çevrilməsi nəticəsində bir nəfərin öldüyünü bildirib. Səlahiyyətlilər qayığın çevrildiyi zaman içərisində 6 nəfərin olduğunu qeyd ediblər. Onlardan beş nəfərin həyatını xilas etmək mümkün olub.
Səlahiyyətlilər təxminən 200 min əhalisi olan Taunsvil şəhərinin bəzi ərazilərindən sakinlərin təxliyəsini tövsiyə ediblər.