“Aston Villa” Markus Reşfordun transferini tamamladı. Msport.az xəbər verir ki, “Mançester Yunayted” hücumçusunu icarəyə verməyə razı olub.
İcarə müddətində 27 yaşlı futtbolçunun maaşının 70 faizini Birmingem klubu ödəyəcək.
Müqavilədə göstərilib ki, “Aston Villa” İngiltərə millisinin üzvünü almaq istərsə, 40 milyon avro ödəməlidir.
Qeyd edək ki, Reşford 2015-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyur. O, bu müddət ərzində 287 oyunda 87 qol vurub.