AZ

Dənizdə itkin düşən balıqçılardan birinin cəsədi tapılıb

Xəzər dənizinin Lənkəran sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb...

Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan birinə aid olduğu deyilir.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.

Poliqon.info

Seçilən
17
11
poliqon.info

10Mənbələr