“Mançester Yunayted” yeni transfer reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Arsenal”ın yetirməsi Ayden Heven heyətə qatılıb.
18 yaşlı mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.
Heven bu mövsüm “Arsenal”ın əsas komandası ilə 2 oyuna çıxıb.