AZ

Xəzər dənizində itkin düşən balıqçının meyiti aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.
Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən tapılıb.
Qeyd edək ki, yanvarın 14-də Lənkəranda balıqçılar itkin düşüblr. Həmin gün balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və bundan sonra onlardan heç bir xəbər alınmayıb.
Seçilən
92
46
oxu.az

10Mənbələr