Bakı. Trend:
Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin “WTT Youth StarContender Doha 2025” yarışı davam edir.
Trend xəbər verirki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumatyayıb.
Turnirin növbəti günündə seçmə komandamızın üzvləri MərziyyəNurmətova və Aylin Əsgərova qoşa yarışlarda fəxri kürsünün üçüncüpilləsinə yüksəliblər.
Bundan əvvəl isə Onur Quluzadə və Yağmur Məmmədli qarışıq-qoşamübarizəsində eyni nəticəni əldə ediblər.
Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turniri bugün başa çatacaq.