ABŞ-ın CBS telekanalı, Federal Rabitə Komissiyasının (FCC) tələbinə tabe olaraq, ölkənin keçmiş vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin müsahibəsinin tam stenoqramını təqdim edəcək. “Ulusum”.az xəbər verir ki, bu müsahibə şikayətə səbəb olduğu üçün rəsmi araşdırma başladılıb.Jurnalistlərin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp ötən ilin oktyabr ayının sonunda telekanalı məhkəməyə verib. O, kanal rəhbərliyini Harrisin müsahibəsini redaktə edərək ictimaiyyəti aldatmaqda ittiham edib və 10 milyard dollar təzminat tələb edib.Mübahisəli məsələlərdən biri telekanalın Harrisin Yaxın Şərq münaqişəsi ilə bağlı eyni suala verdiyi cavabın iki fərqli hissəsini müxtəlif proqramlarda yayımlaması olub. Bir hissə “Face the Nation” proqramında, digər hissə isə “60 Minutes” verilişinin tam buraxılışında yayımlanıb.Səidə
Diqqət Çəkənlər
ABŞ-da yeni genipavirus aşkarlanıb
Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək
Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür