Bakı. Trend:
“2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Diasporla İşüzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor Gənclərinin YayDüşərgələrinin iştirakçılarının videokonfransı təşkil olunub.
Trend xəbər verirki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilənvideokonfransda 51 ölkədən 200-dən çox gənc iştirak edib.
Giriş nitqindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradov Azərbaycan dövlətinin diaspor fəaliyyətində gənclərinrolunun önəmindən danışıb. Dövlətin diqqət və qayğısınınnəticəsində milli məfkurəyə sadiq, dünyanın qabaqcıl gəncliyi iləinteqrasiya etməyə qadir gənc nəsil yetişdiyini bildirib. Bu günAzərbaycan gəncinin milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyətinmöhkəmləndirilməsi işində öz bacarığını əsirgəmədiyini qeyd edib.Zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği istiqamətindəmühüm addımlar atdığını diqqətə çatdırıb. Komitə və ADDF-nindəstəyilə hər il Azərbaycanın müxtəlif bölgələrində yaydüşərgələrinin təşkil olunduğunu xatırladıb. Dünyanın dörd biryanından yüzlərlə azərbaycanlı, eləcə də əcnəbi gəncin budüşərgələrdə iştirak etdiyini və ölkəmizlə daha yaxından tanışolmaq, onun tarixini, ənənələrini, mədəniyyətini öyrənmək imkanıqazandığını vurğulayıb.
Görüşdə bu günədək keçirilən Diaspor Gənclərinin Yay Düşərgələrihaqqında videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya vəSuverenlik İli” elan edilməsi, “2 Fevral – Azərbaycan GəncləriGünü”, “Azərbaycanın gənclər siyasəti”, “Diaspor gənclərininşəbəkələşməsində yay düşərgələrinin rolu”, “Strateji hədəflər vəvəzifələr”, ADDF-nin gənclərlə bağlı qrant müsabiqəsi, gənclərləəlaqədar həyata keçiriləcək layihələr, eyni zamanda düşərgəiştirakçılarının vahid platformada birləşməsi və s. məsələlərbarədə müzakirələr aparılıb.
Çıxış edən gənclər bu cür konfransların təşkilinin dünyanınmüxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasındaəlaqələrin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Gənclərləkeçirilən videokonfransı gələcəkdə daha mütəşəkkil Azərbaycandiasporunun formalaşmasına töhfə kimi qiymətləndiriblər. Prezidentİlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünyaazərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görəminnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinəsevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.
Qeyd edək ki, indiyə qədər Şəkidə, Şamaxıda, Şuşada, Naxçıvandavə Laçında Diaspor Gənclərinin Yay Düşərgələri keçirilib.