AZ

“Real”ın 31 oyunluq seriyası qırıldı

“Real” İspaniya La Liqasının XXII turunda səfərdə “Espanyol”a məğlub olub – 0:1.

Msport.az xəbər verir ki, bununla Madrid klubunun ölkə çempionatında 31 matçlıq səfər qolu seriyasına son qoyulub.

Bu, “kral klubu”nun son 8 ildəki ən yaxşı göstəricisidir. Komanda 2016-cı ilin yanvarından 2017-ci ilin oktyabrına qədər La Liqada ardıcıl 35 səfər qarşılaşmasında rəqib qapılarına yol tapa bilmişdi.

Digər maraqlı məqam ondan ibarətdir ki, “Real” XXI əsrdə daxili birincilikdə “Espanyol” önündə “Barselona”dan daha çox xal itirib. Bu müddət ərzində kataloniyalılar 21, paytaxt təmsilçisi isə 26 xal itkisi ilə üzləşib. “Real” bu əsrdə “Espanyol”a 7 dəfə məğlub olub.

“Espanyol” La Liqa tarixində “Barselona”dan 112, “Real”dan isə 117 xal alıb.

Seçilən
32
msport.az

1Mənbələr