Bakı, TurkicWorld
Türkiyədə ağır yol qəzası baş verib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Nevşehir şəhərində iki Mercedes markalı minik avtomobilin toqquşması nəticəsində, 3-ü ağır yaralı olmaqla, ümumi 6 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.
Qəza yerinə gələn qurbanların yaxınları əvvəlcə təcili yardıma, daha sonra yanğınsöndürən maşınına hücum edib.