Bakı, 2 fevral, AZƏRTAC
Türkiyənin "Qalatasaray" klubu tanınmış futbolçu Alvaro Morata ilə danışıqlara başladığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliyanın "Milan" komandasında forma geyinən ispaniyalı hücumçu icarə əsasında "Qalatasaray"da çıxış edəcək.
Qeyd edək ki, A. Morata daha əvvəl "Real Madrid", "Atletiko Madrid" və "Yuventus" kimi tanınmış komandaların formasını geyinib.