AZ

Aydın Süleymanlı 6-cı qələbəsini qazanıb

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri sona yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, 12-ci turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib. Bu, şahmatçının yarışda 6-cı qələbəsi olub.

8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıb. Bu gün son turun görüşləri keçiriləcək.


Müəllif: Royal Həsənov
Seçilən
37
2
teleqraf.com

3Mənbələr