AZ

Egey dənizində zəlzələ olub

İstanbul, 2 fevral, Günel Karatepe, AZƏRTAC

Egey dənizində Türkiyə vaxtı ilə saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.

Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ən şiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.

Seçilən
21
10
azertag.az

4Mənbələr