Polşanın “Rakov” klubu 20 yaşlı seneqallı yarımmüdafiəçi İbrahima Sek ilə müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, klubun rəsmi saytı keçidin kriptovalyuta ilə ödənildiyini bildirib.
Bu, Polşa futbolu tarixində ilk belə transferdir.
Sek Seneqalın U-20 millisi ilə Afrika çempionu olub. Onun Polşa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
İdman.biz