AZ

Gəncədə yeniyetmə oğlan xəstəxanada ölüb

Gəncədə xəstəxanada 12 yaşlı oğlan ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına xəstəxanasında qeydə alınıb.

Belə ki, 12 yaşlı yeniyetmə oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq yeniyetmə oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
apa.az

1Mənbələr