AZ

Yaşar Kələntərli vəfat etdi

ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli vəfat edib.

Bizim.Media xəbər verir ki, ƏHD Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı apa.az-a istinadən deyib ki, Yaşar Kələntərli dünən axşam saatlarında öz evində vəfat edib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Yaşar Kələntərli bu gün Fatmayi məzarlığında dəfn edilib.

Qeyd edək ki, Yaşar Kələntərli milli azadlıq hərəkatının iştirakçısı olub. O, daha sonra fəaliyyətini AXCP-də davam etdirib.
Yaşar Kələntərli daha sonra BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini, partiyada ad dəyişikliyindən sonra isə ƏHD Partiyasının baş katibi kimi fəaliyyət göstərib.

Bizim.Media

Seçilən
23
16
bizim.media

10Mənbələr