"İnter" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, "qara-göylər" "Roma"dan Nikola Zalevskini icarəyə götürüblər.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşa millisinin üzvü mövsümün sonuna qədər "İnter"də oyanayacaq. "İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, Nikola Zalevski "Roma"nın yetirməsidir. O, bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi edib.