PSJ-nin futbolçusu Usman Dembele Paris klubunun tarixinə düşüb.
QOL.az xəbər verir ki, o, komandanın heyətində ardıcıl iki oyunda het-trik edən ilk futbolçu olub.
Dembele bir neçə gün gün əvvəl Çempionlar Liqasında "Ştutqart" (4:1) və ötən gün isə Fransa Liqasında "Brest"ə (5:2) 3 qol vurub.
Qeyd edək ki, fransalı hücumçu bu mövsüm PSJ-də bütün turnirdə 26 oyuna 19 qol urub, 6 qol ötürməsi edib.