AZ

Poltavaya hücum: ölənlərin sayı 12-yə qalxdı

Rusiyanın Poltavaya dünənki hücumu nəticəsində ölənlərin sayı 12-yə qalxıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, 17 nəfər yaralanıb, 22 nəfər isə xilas edilib.

Qeyd edək ki, fevralın 1-də Rusiya Ukraynın bir sıra bölgələrinə, o cümlədən Poltavaya raket hücumu həyata keçirib. Raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.

Seçilən
34
axar.az

1Mənbələr