AZ

Son Osmanlı sultanının nəvəsi vəfat etdi

Son Osmanlı sultanı Sultan Vəhdəddinin nəvəsi Osman Rifat İbrahim Madriddə infarkt keçirərək 73 yaşında vəfat edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osmanlı və Kavalalı sülaləsindən olan Osman Rifat İbrahim cənazəsi lazımi prosedurlar tamamlandıqdan sonra İsveçrəyə aparılacaq.

İbrahim İsveçrədə atası şahzadə Əmr İbrahimin yanında dəfn ediləcək.


Müəllif: Pərvin Cəfərova
Seçilən
21
3
teleqraf.com

4Mənbələr