AZ

Colani ilk səfərini bu ölkəyə etdi

Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şara (Colani) ilk xarici səfərini bazar günü Səudiyyə Ərəbistanına edib. Bu, Dəməşqin əsas regional müttəfiqi kimi İrandan uzaqlaşmasının siqnalı kimi görünür.

“Cebheinfo.az” bu barədə “Associated Press”-ə istinadən xəbər verir. 

Vaxtilə “Əl-Qaidə” ilə əlaqəsi olan Əhməd əl-Şara xarici işlər naziri Əsəd əş-Şeybani ilə birlikdə Ər-Riyada gedib. Səudiyyə Ərəbistanı dövlət televiziyası bildirib ki, əl-Şara ilk səfəri zamanı ilk gedəcəyi yer Ər-Riyad olacaq.

“Associated Press” vurğulayıb ki, Səudiyyə Ərəbistanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədi devirməyə çalışan qrupları maliyyələşdirən ərəb ölkələri sırasındadır.

Seçilən
18
cebheinfo.az

1Mənbələr