PSJ-nin futbolçusu Usman Dembele klubun tarixinə düşüb.
Apasport.az xəbər verir ki, o, komandanın heyətində ardıcıl iki oyunda het-trik edən ilk futbolçu olub.
Hücumçu dünən Fransa Liqasında "Brest"in (5:2) qapısından 3 top keçirib.
Dembele bir neçə gün gün əvvəl Çempionlar Liqasının "Ştutqart"la (4:1) matçında da het-trik etmişdi.
Qeyd edək ki, fransalı hücumçu bu mövsüm PSJ-də bütün turnirdə 26 oyuna 19 qol vurub, 6 qol ötürməsi edib.
Nikola Zalevski “İnter”də - RƏSMİ
“Liverpul”un futbolçusu La Liqada - rəsmi
“Yuventus”un üzvü “Jirona”da - rəsmi
"Qalatasaray" ulduzuna qovuşur: Morata İstanbula gəlir
Premyer Liqa: Autsayderdən vacib 3 xal