"Benfika'' heyətini iki yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, Portuqaliya nəhəngi "Roma"dan Samuel Dahlı və "Komo"dan Andrea Belottinin transferinə hazırlaşır.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
"Benfika"nın oyunçuların keçidi üçün hər iki klub ilə razılığa gəldiyi və yaxın zamanda transferin açıqlanacağı qeyd olunub.