AZ

“Bu, ədalətli mübarizədir və gürcü xalqı ədalətli mübarizədə heç vaxt uduzmur...” - Zurabişvili

Yazını böyüt
Yazını kiçilt

“Sabahkı Gürcüstanın hər birimizin övladlarımız, nəvələrimiz üçün istədiyimiz qədər azad, müstəqil, avropalı olması üçün mübarizə apararkən gürcü xalqını heç kim qorxuda bilməz...”

"Bu, ədalətli mübarizədir və gürcü xalqı ədalətli mübarizədə heç vaxt uduzmur. Mən sona qədər sizinlə olacağam və son - bizim qələbəmizdir, Gürcüstanın qələbəsidir".

Hafta.az “Qruziya Onlayn” nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Batumidə keçirilən etiraz aksiyasının iştirakçıları qarşısında belə çıxış edib.

Onun sözlərinə görə, bu gün Gürcüstanın siması, hər bir gürcünün şərəfi və gələcəyi həbsdə olan “Batumelebi” və “Netgazeti” xəbər agentliklərinin təsisçisi, jurnalist Mzia Amaqlobelidir.

“Mən bu günü Mzia Amaglobeliyə həsr etmək istəyirəm. Bu gün o, ölkəmizin siması, namusumuzun, gələcəyimizin simasıdır, ona görə də hamımız onun yanındayıq. Əminəm ki, onunla hər şey yaxşı olacaq, güclü olacaq, çünki bu gün o, elə Gürcüstandır. Bu gün biz nəinki bir yerdəyik, həm də bizimlə birlikdə böyüyən xaricdən dəstək var ki, bu da bizə lazımdır. Mübarizə bizimdir, heç kimin deyil, ancaq kənardan hamı üçün başa düşülən dildə öz sözünü deyən, kimin tərəfində olduğunu açıqlayan, insanların, cəmiyyətin tərəfində olduğunu açıq şəkildə bildirən Avropa Şurası olacaq.

Həmçinin bu gün Amerikada bu qeyri-legitim hökumətin tanınmamasını tələb edən qətnamənin həmmüəllifləri meydana çıxıb. Bunlar təkcə bizdə olan bu etiraza dəstəyin nə qədər artdığının əlamətləridir. Bu, ölkəmizin gələcəyidir, bunun üçün biz və siz buradayıq və nə qədər lazımdırsa, dayanacağıq. Sabahkı Gürcüstanın hər birimizin övladlarımız, nəvələrimiz üçün istədiyimiz qədər azad, müstəqil, avropalı olması üçün mübarizə apararkən gürcü xalqını heç kim qorxuda bilməz.

Bu ədalətli mübarizədir və gürcü xalqı ədalətli mübarizədə heç vaxt uduzmur. Batumidə sizə dözüm arzulamaq istəyirəm. Mən həmrəyliyimi bildirmək və demək istəyirəm ki, sona qədər sizinlə olacağam və son - bizim qələbəmizdir, Gürcüstanın qələbəsidir”, - deyə Zurabişvili vurğulayıb.

Seçilən
21
hafta.az

1Mənbələr