AZ

Daban testi nədir və uşaqlarda hansı xəstəlikləri aşkar edir? - Mütəxəssis əhəmiyyətindən danışdı

Daban testi nədir və uşaqlarda hansı xəstəlikləri aşkar edir? -

Körpələrdən alınan daban qanı testi, doğumdan sonra ilk günlərdə həyata keçirilən bir skrininq testidir və körpənin müəyyən genetik xəstəliklər və metabolik pozğunluqlar üçün yoxlanılmasına imkan verir. Bu test, körpənin fenilketonuriya, anadangəlmə hipotireoz, kistik fibroz, biotinidaz çatışmazlığı, anadangəlmə adrenal hiperplaziya və onurğa əzələ atrofiyası (SMA) kimi xəstəliklərə qarşı müayinə edilməsini təmin edir. Hər bir körpə üçün bu testin aparılması vacibdir, çünki erkən diaqnoz və müalicə ilə geri dönməz zərərlərin qarşısı alına bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, daban qanı testi doğumdan sonra 48-72 saat ərzində körpənin dabanından alınan bir neçə damcı qanla edilir və bu qan nümunəsi müxtəlif xəstəliklərin erkən aşkar edilməsinə kömək edir.

Mütəxəssislər, testin həyati əhəmiyyətini vurğulayaraq, erkən müdaxilə ilə körpənin sağlamlığının qorunmasına töhfə verdiyini bildirirlər. Daban qanı ilə aşkarlanan xəstəliklər arasında fenilketonuriya, hipotiroidizm, kistik fibroz və digər metabolik pozğunluqlar yer alır.

Testin nəticələrində hər hansı bir anormallıq aşkarlanarsa, körpənin ailəsi ilə əlaqə saxlanılır və əlavə müayinələr üçün təkliflər edilir.

Daban qanı testinin ən böyük faydası, körpənin həyatını təhlükəyə atan xəstəlikləri erkən aşkar etmək və müalicəyə başlamaqdır. Bu test, həmçinin ailələrin məlumatlı qərar verməsinə və körpələrinin sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edir.

Bu səbəbdən, daban qanı testinin bütün körpələr üçün həyati əhəmiyyət daşıdığı qeyd edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
18
e-saglam.az

1Mənbələr