AZ

Niderland futbolunda BİABIRÇILIQ: 12 nəfərlə oynayıb uddular

Niderland Erediviziyasının 21-ci turunda "Herenven"-"Fortuna" matçında qeyri-adi hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.

Matçın baş hakimi say üstünlüyünü nəzərdən qaçırıb və bir dəqiqə ərzində çoxluqda qalan "Fortuna" meydan sahiblərinin qapısına qol vuraraq hesabı bərabərləşdirib - 2:2.

Bu epizod "Herenven"in baş məşqçisi Robin van Persinin etirazlarına səbəb olub. Lakin qol hesaba alınıb.

Milli.Az

Seçilən
23
milli.az

1Mənbələr