AZ

"Tottenhem" onunla gücləndi

Mərkəz müdafiəçisi Kevin Danso karyerasını "Tottenhem"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki,  bu barədə “Spurs”un rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu Fransanın "Lens" klubundan 2024/2025 mövsümünün sonunda məcburi satınalma şərti ilə icarəyə götürülüb.

Müdafiəçi London klubunda 4 nömrə altında çıxış edəcək.

Daha əvvəl mətbuat Dansonun tam transferinin "Tottenhem"ə 25 milyon avroya başa gələcəyini yazmışdı. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Kevin bu mövsüm "Lens"in heyətində 14 oyun keçirib, qol vurmayıb.

Seçilən
25
90deqiqe.az

1Mənbələr