AZ

Mərkəz müdafiəçisi "Çelsi"ni İtaliya klubuna dəyişdi - RƏSMİ

"Çelsi"nin mərkəz müdafiəçisi Çezare Kazadey karyerasını İtaliya A Seriyasında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu "Torino"ya keçib.

Məlumatı Turin klubunun mətbuat xidməti yayıb.

Kazadey müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb.

Cari mövsüm "Çelsi"nin forması ilə 11 matça çıxan Çezare məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı 22 yaşlı futbolçunun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Seçilən
32
fanat.az

1Mənbələr