AZ

RFU növbəti dörd il üçün prezident seçdi

Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov vəzifəsində fəaliyyətini davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə RFU-nun Moskvada keçirilən seçki konfransında məlum olub.

Dyukov yekdilliklə növbəti dörd il müddətinə yenidən təşkilatın rəhbəri seçilib. O, bu vəzifəyə yeganə namizəd idi

. Yada salaq ki, Dyukov 2019-cu ilin fevralından RFU-da rəhbər vəzifədədir. Hazırda Rusiya çempionatı qış fasiləsindədir. 18 turdan sonra "Krasnodar" 39 xalla birinci, Sankt-Peterburqun "Zenit"i isə eyni xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 37 xala malik Moskva “Spartak”ı tamamlayır.

Seçilən
31
90deqiqe.az

1Mənbələr