Aleksandr Dyukov yenidən Rusiya Futbol İttifaqının prezidenti seçilib.
QOL.az xəbər verir ki, qərar bu gün paytaxt Moskvada keçirilən seçki konfransından sonra açıqlanıb.
Seçkilərdə yeganə namizəd olan Dyukov yekdilliklə yenidən 4 il müddətinə Rusiya Futbol İttifaqının prezidentiseçilib.
Qeyd edək ki, 57 yaşlı finksioner 2019-cu il fevralından bu vəzifədədir.